Vaşinqtonda Cənubi Koreyadakı ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərclərinin müəyyən edilməsinə dair danışıqların 6-cı mərhələsi keçirilir.
Mediainfo.az Yonhap agentliyinə istinadla xəbər verir ki, yanvarın 14-də danışıqların ilk günü başa çatsa da, tərəflər hələlik açıqlama verməyiblər.
Danışıqlarda Cənubi Koreya tərəfinə rəhbərlik edən Conq Eun-bo görüşdən əvvəl bildirib ki, tərəflər saxlanma xərcləri ilə bağlı fikir ayrılıqları barədə müəyyən yaxınlaşmaya nail olsalar da, hələlik yekun nəticə barədə konkret fikir yoxdur.
Qeyd edək ki, müttəfiqlərin ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərcləri ilə bağlı ciddi fikir ayrılığı var. Bu səbəbdən hələ də Birləşmiş Ştatların 28 min 500 nəfər şəxsi heyəti olan hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair konkret nəticə əldə edilməyib. Vaşinqton Cənubi Koreyanın ayıracağı vəsaitin 5 dəfə çoxaldılaraq 5 milyard ABŞ dolları səviyyəsinə çatdırılmasına təkid edir. Tramp administrasiyası Cənubi Koreyadan Amerika hərbçilərinin ailələrinə dəstək və birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı xərcləri ödəməyi xahiş edib. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanları daxilində və ədalətli şəkildə artıra biləcəyini bəyan edib.
Seul 2019-cu il üçün ABŞ qoşunlarının saxlanmasına 1,04 trilyon Koreya vonu (təxminən 873 milyon dollar) vəsait ayrılmasına razı olmuşdu ki, bu da əvvəlki illə müqayisədə 8,2 faiz çox olub.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























