Suraxanıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Suraxanı Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!" devizi altında çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.
Mediainfo.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkındakı abidəsini ziyarət edib, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Silahlı Qüvvələrinə həsr edilmiş videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və yüksək döyüş qabiliyyətli 50 ordusu sırasına daxil olub: "Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımızın yaşından asılı olmayaraq borcudur. Vətənini sevən hər bir Azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır".
Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev ordunun formalaşdırılması prosesindən söz açıb.
Tədbirdə Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, valideyn Zakir Kazımov, çağırışçı Rüfət Kazımov çıxış edib.
FHN-nin Akademiyasının orkestrinin, vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının və 118 nömrəli məktəbin şagirdlərinin hazırladığı bədii hissə təqdim olunduqdan sonra səhnəyə Azərbaycan dövlət bayrağı gətirilib. Çağırışçı gənclər bayrağı öpərək təntənəli marşın sədaları altında onlar üçün ayrılmış avtobusla təyin olunduqları hərbi hissələrə yola düşüblər.
![]()
![]()
![]()
![]()
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























