ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularının təlimlərini dayandırır.
Mediainfo.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xaricdə hərbi tapşırıqlar üzrə bundesver komandanlığının rəhbəri, general-leytenant Erix Pfefferin məktubuna əsasən məlumat yayıb.
Məktubda qeyd olunub ki, ABŞ-ın general-leytenantı Pet Uayt "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində İraqda cəbhə boyu düzülmüş qüvvələrin müdafiəsinin səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.
"Beləliklə, İraq silahlı qüvvələrinin və bu ölkənin bütün ərazisində təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb", - deyə E.Pfeffer bildirib.
O əlavə edib ki, göstərişə əməl etmək ölkənin İraqdakı poliqonlarda əməliyyat çərçivəsində iştirak edən bütün tərəfdaşları üçün zəruridir.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























