Türkiyə yüksək hərbi potensialına baxmayaraq, eyni anda iki genişmiqyaslı quru əməliyyatı keçirə bilməyəcək. Buna görə də Liviya Milli Sülh Hökumətinə (UMH) verdiyi dəstək Xəlifə Haftarın qoşunlarına dəniz və hava hücumları ilə məhdudlaşacaq.
Mediainfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov belə deyib.
Generalın sözlərinə görə, Türkiyə Liviyadakı münaqişəni hərbi yolla həll etmək qərarına gəlsə, dəniz və havadan zərbələr endirməklə məhdudlaşacaq:
"Ankaranın ora quru əməliyyatları üçün qüvvə göndərməsi ehtimalı azdır, çünki bu, olduqca çətin və baha başa gəlir. Türkiyənin Suriyadakı fəaliyyətini də nəzərə alsaq, bu iki cəbhədə müharibə demək olacaq. Üstəlik, türk əsgər və zabitlərinin evdən kənarda vuruşmağa can atdıqlarını düşünmürəm".
Leonid İvaşov Liviyaya müdaxilənin Türkiyə üçün ciddi problemlər yaradacağını da istisna etməyib:
"Türk müdaxiləsi türklər və ərəb dünyası arasında daha bir qlobal qarşıdurmaya səbəb ola bilər. Məsələn, Türkiyə qoşunlarının bu ölkəyə daxil olması vəziyyətində Misir və bölgənin digər dövlətləri Haftara hərbi dəstək verə bilərlər".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























