Türkiyə Böyük Millət Məclisində ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsini özündə ehtiva edən qanun layihəsi 2020-ci ilin yanvar ayının 2-də müzakirəyə çıxarıla bilər.
Mediainfo.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl parlament üzvlərinin tətildən qayıtdıqdan qısa müddət sonra, 7 və ya 8 yanvarda ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyəcəklərinə ümid etdiyini bildirib.
"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə görə, dövlət başçısının imzaladığı müvafiq qanun 30 dekabr, bazar ertəsi günü Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək və müzakirələr 2 yanvar, cümə axşamı günü reallaşacaq. Parlament iclaslarının yekun gündəliyi isə 30 dekabr, bazar ertəsi günü razılaşdırılacaq", deyə agentlik məlumat yayıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































