Amerika hərbçiləri İraqdan Suriyanın şimal-şərqindəki Haseke əyalətinə qayıtmağa başlayıb.
Mediainfo.az Syria TV telekanalına istinadla xəbər verir ki, əl-Valid sərhəd məntəqəsindən ölkə ərazisinə daxil olan hərbi kolonu helikopterlər müşayiət edir.
İraqın Müdafiə naziri Nəcah əş-Şamari amerikalı həmkarı ilə görüşdən sonra Suriyadan çıxan ABŞ hərbçilərinin dörd həftə ərzində İraq ərazisini tərk edəcəyini bildirmişdi.
Birləşmiş Ştatlar və müttəfiqləri 2014-cü ildən Suriya və İraq ərazisində İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirirlər. Türkiyə ordusu Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladıqdan sonra ABŞ Silahlı Qüvvələri Hələb, Əl-Haseke və Rakka əyalətlərində yerləşən bazaların çoxunu tərk edərək hərbçilərini İraqa aparmışdı. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Amerika hərbçilərinin müəyyən hissəsi neft yataqlarını qorumaq üçün Suriyada qalacaq. Bir qədər sonra isə Pentaqon neftlə zəngin rayonlara əlavə qüvvələr göndərməyə hazır olduğunu təsdiqləmişdi.
Suriyanın neft hasilatının təxminən 90 faizi Fərat çayının şərq sahilində cəmlənib. Bu, əvvəllər İŞİD-in əsas gəlir mənbəyi idi. Oktyabrın 24-də Donald Tramp kürd separatçılarına Suriyada neft yataqları ilə zəngin rayonları tutmağı təklif edib və Amerika kompaniyalarından birinin neft hasilatında onlara yardım edə biləcəyini deyib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































