Şəhidlik ölməzliyə gedən yoldur - Masallıda tədbir

Şəhidlik ölməzliyə gedən yoldur - Masallıda tədbir

Respublika Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Böyük Xocavar kənd məscidi dini icmasının təşkilatçılığı ilə "Şəhidlik milli qürurumuz, mənəvi dəyərimizdir" layihəsi çərçivəsində "Şəhidlik ölməzliyə gedən yoldur" mövzusunda tədbir keçirilib. Mediainfo.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş şöbəsinin əməkdaşı Anar Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Böyük Xocavar kənd bələdiyyəsinin sədri Böyükxan Rəhimov, dini icmanın sədri Əliəşrəf Zeynalov, kənd ziyalıları, ağsaqqallar və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın şöbə müdiri Miryəhya Bədirov qeyd edib ki, Vətən müqəddəsdir və onun hər qarışı bizim üçün doğmadır. M.Bədirov hər bir vətəndaşın ilkin arzusunun, məqsədinin torpaqların bölünməzliyi olmasını bildirib və 20 Yanvar, Qarabağ şəhidlərinin qəhrəmanlıq və döyüş yolundan nümunələr gətirib.

DQİDK-nın Dini qurumlarla iş şöbəsinin əməkdaşı Anar Əliyev xalqımızın qəhrəmanlıq yoluna nəzər salaraq şəhidliyin adi ölüm olmadığını Allah, Vətən, Millət, böyük amallar uğrunda canını şüurlu şəkildə fəda etməsi, Allahla bağlanmış əhd-peyman olduğunu bildirdi.

Çıxışlar zamanı Vətənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yaşatmağın hər bir vətəndaşın vəzifəsi olduğu vurğulanmış və dövlətin də şəhidlərə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açılmışdır.

İcma sədri Əliəşrəf Zeynalov, Böyük Xocavar kənd bələdiyyə sədri Böyükxan Rəhimov və başqaları mövzu ətrafında fikirlərini ifadə edilər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az