"Rusiyadan alınmış döyüş qırıcıları bizə lazım olan təhlükəsizlik təminatı verə bilməz".
Bunu politoloq Erkin Qədirli deyib.
Ekspert Azərbaycan ordusunun döyüş qırıcısının qəzaya uğramasında da diqqət çəkib:
"Azərbaycanın döyüş təyyarəsinin düşməsi, pilotumuzun da hələ tapılmaması çox üzücüdür, pilotumuzun sağ qala biləcəyinə ümid edirəm. Baş vermiş bu itkinin gerçək səbəbləri, təbii ki, araşdırılacaq. Kontekst isə çox maraqlıdır.
Bu günlərdə Rusiya Xəzər donanmasının və Cənub Hərbi Dairəsinin havadan hücuma qarşı müdafiə sistemlərinin təlimi keçirilirdi. Təlimdə Rusiyanın cənub sərhədləri yaxınlığında şərti düşmənin savaş uçağının hücumuna qarşı yer və yön tanıma sisteminə uzaqdan elektron müdaxilə (təyyarənin dezoriyentasiyası) imkanları sınaqdan keçirilib.
Bu iki hadisə arasında əlaqə olmaya da bilər, amma güman qurarkən bütün ehtimalları təhlil etmək lazımdır.
Rusiyadan alınmış savaş uçaqları bizə gərəkli təhlükəsizlik təminatı verə bilməzlər. Bunu ölkə rəhbərliyi də anlayır. Ona görə də İtaliyadan təlim uçaqlarını alıb, pilotlarımız Türkiyə pilotlarıyla birlikdə "F-16" uçaqlarında uçmağı və savaşmağı öyrənirlər, Pakistandan yeni uçaqların alınmasına hazırlıq gedir". Teleqraf
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























