“Sarsılmaz qardaşlıq-2019” təlimində mədəni-kütləvi tədbirlər keçirilib

“Sarsılmaz qardaşlıq-2019” təlimində mədəni-kütləvi tədbirlər keçirilib

"Sarsılmaz qardaşlıq-2019" təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkili məqsədilə mədəni-kütləvi tədbirlər keçirilib.
Mediainfo.az-a MN-dən verilən xəbərə görə, təşkil olunan Ramazan bayramı süfrəsində Türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində hərbçilərimizlə birlikdə nahar ediblər. Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da iştirak edib.
Mədəni tədbirlərin davamı kimi hər iki ölkənin hərbi qulluqçuları arasında "Qardaşlıq qazansın" devizi altında mini futbol yarışı keçirilib. Hər iki komanda yüksək fiziki hazırlıq və futbol ustalığı nümayiş etdirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az