Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün protokoluna əsasən, aprelin 16-da Ankara şəhərində hər üç ölkənin hərbi məktəbləri arasında dostluq idman yarışlarına start verilib.
Mediainfo.az-a MN Mətbuat Xidmətindən verilən xəbərə görə, yarışlarda Azərbaycanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursant və zabit heyəti təmsil edir.
Türkiyə Quru Qoşunları Hərbi Komandanlığının ev sahibliyi ilə keçirilən yarış 3 gün davam edəcək. Yarışlara atletika, futbol, voleybol və digər idman növləri daxildir. Azərbaycan yarışa 36 kursant, 3 zabit və 5 idman müəllimi olmaqla, 44 nəfərlik heyətlə qatılıb.
Əvvəlcə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün heykəli önünə çələng qoyulub, xatirəsinə ehtiram göstərilib.
Sonra Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Açılış mərasimində çıxış edən Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi, general İsmayıl Güzəllər təşkil olunan yarışın əhəmiyyətini yüksək dəyərləndirərək bildirib ki, qaliblərin kimliyindən asılı olmayaraq bütün iştirakçılar dost olacaqlar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































