"Ermənistanın hücum qrupları rəqibi arxasında xaos yarada bilər".
Bu sərsəm açıqlama ilə Ermənistanın müdafiə naziri david Tonoyan çıxış edib.
Onun iddiasına görə, erməni hərbi birləşmələrinin hücum bölmələri döyüş vaxtı rəqiblə (Azərbaycanı nəzərdə tutur – red.) öz ərazisində üz-üzə gələcək.
"Ehtiyac olan halda bizim hücum qruplarımız rəqibin arxasında xaos yarada bilər. Əgər rəqib bir nöqtə üzrə hücum edərsə, erməni hərbi birləşmələri təkcə B yox, C, D, E nöqtələrindən də zərbələr endirəcək. Bununla yanaşı, hərbi təyyarələr əldə etməyimiz orduya rəqibə böyük məsafədə təsir etmək imkanı verəcək", - deyə Tonoyan iddia edib.
Maraqlıdır ki, Tonoyan bu açıqlamasından bir neçə saat öncə "yeni müharibə - yeni ərazilərdir" tezisindən imtina edərək, Azərbaycana orduların sülhə hazırlanması çağırışı etmişdi. Onun bu çağırışına cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyi "Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır" bildirdi. Görünür, Tonoyan "oxunun yenə daşa dəydiyini" anladı və dərhal "hücum ritorikasına" keçid etdi. Lakin bir ölkənin hərbi rəhbərliyinin həvalə olunduğu bu şəxsin saatlar içində dəyişikliyə uğraması olduqca gülünc görünür.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























