"Gurultulu bəyanatların verilməsi ilə məsələ düzəlmir. O, müdafiə naziridir, görünür, ona tapşırılıb ki, belə bir bəyanatlar versin, hədə-qorxu gəlsin, bizə qarşı hansısa ərazi iddiaları irəli sürsün və özlərini qəhrəman kimi qələmə versinlər. Amma reallıq tamamilə başqadır".
Bu fikirləri Azadinform-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, əgər Ermənistan danışıqlara gedirsə və iştirak edirsə onda, buyursunlar özlərini sivil şəkildə aparsınlar: "Çünki biz onlara güzəştə gedirik, neçə ildir onlarla stol arxasında əyləşib danışıqlarda iştirak edirik. Tonoyan kimi əldəqayırma generallar bu məsələni həll etmir və həll edə bilməyəcək. Çünki artıq Azərbaycanın həm ən müasir hərbi texnikası, həm də dünyada hərbi potensialının yüksək səviyyədə olan reytinqi heç vaxt imkan verməz ki, Ermənistan bundan sonra da belə bir hərəkətlər etsin. Əgər onlar bunu başlatsa əlbəttə, layiqli və adekvat cavab alacaqlar. Bu zaman onların taleyi çox acınacaqlı olacaq. Qoy, Tonoyan bunu yaddan çıxarmasın".
Qeyd edək ki, Vyana görüşündən dərhal sonra Ermənistan Müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması qarşısında çıxış edərək, İrəvanın Azərbaycana heç bir torpaq qaytarmayacağını bildirib. O, həmçinin "sülh naminə ərazi" formulu əvəzinə "yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəklərini, hücum bölmələrinin sayını artıracaqlarını" da açıqlayıb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























