Rusiya Baltik dənizi üzərində ABŞ təyyarəsini ələ keçirib- VİDEO

Rusiya Baltik dənizi üzərində ABŞ təyyarəsini ələ keçirib- VİDEO

Rusiyanın "Su-27" tipli qırıcısı Baltik dənizi üzərində ABŞ-ın kəşfiyyatçı təyyarəsini ələ keçirmək üçün havaya qaldırılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.

İdarədən bildirilib ki, Rusiyanın hava məkanına nəzarət vasitələri ölkə sərhədlərinə yaxınlaşmaqda olan təyyarə qeydə alıblar.

"Hədəfin ələ keçirilməsi üçün hava hücumundan müdafiə üzrə növbətçi qüvvələr heyətindən "Su-27" qırıcısı havaya qaldırılıb", - deyə məlumatda bildirilir.

Əlavə olunur ki, Amerika hava gəmisi "RC-135" tipli kəşfiyyatçı təyyarə kimi eyniləşdirilib.

Report

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az