F-35-in tədarükü dayandırıldı

F-35-in tədarükü dayandırıldı

“Lokid Martin” (Lockheed Martin) şirkəti F-35 təyyarələrinin ABŞ Hərbi Hava Qüvvələrinə tədarükünü dayandırıb.

Mediainfo.az xəbər verir ki, buna səbəb yanacaq çəninin vurulması və ya şimşək çaxması zamanı baş verəcək partlayışın qarşısını almaq üçün istifadə edilən sistemdə yaranan qüsur olub.

Məlumata görə, həmin sistem azotla zənginləşdirilmiş havanı yanacaq çənində saxlayaraq partlayışın qarşısını alır. 24 ədəd F-35A qırıcılarının 14-də qüsurlar aşkar edilib.

Firma təyyarələrin partlamayacağına zəmanət vermədiyi üçün uçuşlara məhdudiyyət qoyulmasını təklif edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az