İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Konarak” gəmisi təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu “Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb:
“Deyilənlərə görə, “Jamaran” gəmisi tərəfindən atılan raket səhvən logistika gəmisi olan “Konarak” gəmisinə dəyib”.
Onun sözlərinə görə, hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyiblər. O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.
Digər bir jurnalist Həmid Hacipur isə öz “Twitter” səhifəsində yazıb ki: “Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsi tapılıb”.
Hələlik rəsmi xəbər saytları bununla bağlı xəbər verməyiblər.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























