Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsində baxılacaq.
Bu barədə vəkil Fariz Namazlı feysbuk səhifəsində məlumat verib.
Vəkil bildirib ki, Avropa Məhkəməsi Firuzə Asgarova və Albina Veselova Ermənistana qarşı iş üzrə kommunikasiya başlayıb. Bunlar 2014-cü ildə erməni işğalı altında olan Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır:
"Avropa Məhkəməsi Konvensiyanın 3-cü maddəsi (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6.1 (ədalətli və açıq məhkəmə araşdırılması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olma), 6.3 c bəndi (effektiv müdafiəyə malik olma), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmə), 8 (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), bu sərhəd keçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olma), 14 (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) maddələrinin pozuntusunun olub olmaması ilə bağlı Ermənistan hökümətinə suallar ünvanlayıb".
Vəkil qeyd edib ki, ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir.
Məhkəmə həmçinin hökumətdən Dilqəm və Şahbazın sağlamlıq durumu ilə bağlı sənədlərin də təqdim edilməsini tələb edib.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































