Ermənistanda ölümlərin sayı doğumu üstələməyə başlayıb. Yerli "Joxovurd" qəzetinin dövlət statistika komitəsinə istinadən yaydığı xəbərə görə, ölkədə demoqrafik vəziyyət son dərəcə kritikdir. Belə ki, bu ilin birinci rübündə ölkə əhalisi artmaq əvəzinə 6200 nəfər azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 15000 Ermənistan vətəndaşının azalması deməkdir. Digər tərəfdən, doğum halları 6.7 % azaldığı halda ölüm halları 2.1 % artıb. Başqa sözlə desək, təkcə bir ayda əhalinin təbii artım göstəricisi (doğumla ölüm arasındakı fərq) mənfi 2460 təşkil edib ki, bu da eyni sayda azalma deməkdir. Artıq ziyalılar və cəmiyyətin aparıcı qüvvələri həyəcan təbili çalmağa başlayıblar. Onları narahat edən əsas amil ondan ibarətdir ki, ölkədən köçən əhalinin sürətlə artımı fonunda əhalinin təbii artımında rekord həddə geriləmə müşahidə olunur.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























