Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi Azərbaycana gətirilib - FOTO

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi Azərbaycana gətirilib - FOTO

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən KİV-ə verilən məlumata görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Azərbaycana çatdırılıb.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az