Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri Suren Mosiyanın qeyri-döyüş şəraitində ölümü ilə bağlı çağırış məntəqəsi komissiyasının kardioloquna qarşı cinayət işi açılıb.
Bunu ölən hərbçinin valideynlərinin hüquqlarını müdafiə edən vəkil Ani Çatinyan bildirib.
"Çağırış komissiyasında Mosiyanın ürəyində problemlə bağlı sənədin olmasına baxmayaraq, onu yenidən ordu sıralarına çağırıblar. Halbuki həmin sənəd əsasında Mosiyanı yenidən əhatəli müayinəyə göndərməli idilər", - deyə vəkil vurğulayıb.
Məlumata görə, çağırışadək onda gecə süzənəyi və siniri ilə bağlı problem olub. Hərbi xidmətdə olduğu dövrdə Mosiyan tibb məntəqəsinə müraciət edib. Ancaq hərarəti çox olduğu üçün ona tənəffüs yollarının iltihabı diqanozunu qoyublar.
Hərbi xidmətin 10-cu ayında o, ölüb.
Qeyd edək ki, Mosiyan hərbi xidmətə 2016-cı il mayn 29-da başlayıb.
Həbrçinin anası Anjela Mosiyan deyib: "Ömrümün sonunadək oğlumun ölümünün səbəbinə cavab verilməsi uğrunda mübarizə aparacağam. Suren niyə Ermənstanın qurbanı oldu?". (report)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































