Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib ki, səfərdə TRT, "İhlas Haber Ajansı", "MİR" Televiziyası, "Associated Press", RİA "Novosti", "Amerikanın Səsi", "İnterfax", BBC və digər xarici KİV nümayəndələri iştirak edir.
Habelə, 12 dövlətin 15 hərbi attaşesi də Alxanlıya səfər edib.
Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları iştirak edirlər.
Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaq, əraziyə baxış keçiriləcəklər.
Onlara baş vermiş hadisə barəsində yerində ətraflı məlumat veriləcək.
Onlar yaralı Quliyeva Sərvinaza da baş çəkəcəklər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































