Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!
3 Yanvar 2025 12:19
Ermənistanın paytaxtı böyük bir gölə çevrilib. Bu gecə yağan aramsız yağışlar nəticəsində İrəvan şəhərində küçələr ağzına kimi suya batıblar. Sanitar qovşaqlar iflic vəziyyətdədir. Avtomobillərin hərəkəti tam məhdudlaşıb, küçələrin gecə işıqları söndürülüb. Yerli Tert.am saytının məlumatına görə, təbii fəlakət təkcə paytaxtda deyil, ölkənin bir sıra ərazilərində dağıntıya səbəb olub. Evlərə maddi xəsarət dəyib, infrastruktur iflic olub, təsərrüfatlara ciddi ziyan dəyib. Tələfat haqda məlumat yoxdur. Paytaxtın əksər hissələri, o cümlədən mərkəzi Baqramyan prospekti keçilməz vəziyyətə düşüb. Məlumatda o da bildirilir ki, yerli qüvvələr təbii fəlakətin fəsadlarının qarşısını almaqda yetərli gücə malik deyil.
Mediainfo.az