Ermənilər Ağdamın işğal altında olan ərazilərini yandırıblar - FOTO

Ermənilər Ağdamın işğal altında olan ərazilərini yandırıblar - FOTO

Ermənistan silahlı qüvvələrinin dünən Ağdamın işğal altında olan Baş Qərvənd kəndində törətdiyi yanğın təmas xəttini keçərək rayonun Çıraqlı kəndinin ərazisinə çatıb.

Alovun kəndə yayılmasının qarşısı alınsa da, kəndin ətrafında və təmas xəttində olan otlaq sahələri və ağaclar yanıb.

Kənd sakinlərinin bildirdiyinə görə, tüstü qatı və kül təbəqəsi kəndi və əkin sahələrini bürüyüb. Yanğın zamanı yırtıcı heyvanların və ilanların yaşayış məntəqələrinə üz tutması müşahidə olunub. Yanğın gecə boyu davam edib. (apa)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az