Azərbaycan ordusu cənub istiqamətində düşmənə zərbə endirdi

Azərbaycan ordusu cənub istiqamətində düşmənə zərbə endirdi

Azərbaycan Müdafiə Nazirliyi bu gün təmas xəttində düşmən mövqeyinə endirilən zərbə barədə məlumat yayıb. Məlumatda deyilir ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib. Düşmən itkilərə məruz qalıb.

Bundan əvvəl MN Ermənistan silahlı qüvvələrinin ötən gecə iriçaplı silahlardan və 120 mm-lik minomyotlardan istifadə etməklə təmas xətti boyu yaşayış məntəqələrimizi atəşə tutduğunu açıqlamışdı. Və xəbərdarlıq etmişdi ki, bu təxribatlar dayandırılmasa uzaqmənzilli artilleriya sistemlərindən düşmənin təmas xəttinin dərinliklərindəki mövqeləri və yaşayış məntəqələri vurulacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az