Mayın 30-da gecədən başlayaraq, mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam, Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.
Bu barədə Mediainfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.
Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































