Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin müdafiə naziri Fikri İşık arasında görüş olub.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi, iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusi qeyd olunub.
Z.Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qardaşlıq münasibətlərinin bu gün də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir Türkiyənin də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin inkişafına eyni münasibət göstərməsindən məmnunluğunu ifadə edib.
Fikri İşık Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olduğunu bildirib və bu münasibətlə hər iki tərəfi təbrik edib.
Nazir Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.
Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi təhsildə təcrübə mübadiləsi, birgə hərbi təlimlərin keçirilməsi, regionda və dünyada gedən proseslər, separatizmə və terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Baş konsul Rəşad İsmayılov iştirak ediblər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































