Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günü - 28 mayda planlaşdırılan təxribatla bağlı erməni gənclərə xəbərdarlıq edilib.
Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev bildirib ki, Kursk erməni gənclər Assosiasiyası mayın 28-də şəhərdə "Şuşanın azad olunmasının 25 illiyi" adlı təxribat xarakterli aksiya və "bayram konserti" ilə bağlı elanları yaydıqdan sonra Rusiyada yaşayan azərbaycanlı gənclər adından rəsmi qurumlara, o cümlədən şəhər meriyasına müraciət olunub və narahatlıq bildirilib.
Kursk şəhərindəki Azərbaycan diasporunun bir qrup üzvünün şəhər meriyası və erməni diasporunun nümayəndələri ilə görüşündə bunun qarşısının alınması tələb olunub. Ermənilər səhvlərini düzəldəcəklərinə söz veriblər, elanlardan və proqramlardan "Şuşanın azad olunmasının 25 illiyi" adlı hissəsi yığışdırılıb. Bildirilib ki, həmin gün Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hər hansı təxribat xarakterli hal olsa, azərbaycanlılar tərəfindən buna sərt reaksiya veriləcək.
Qeyd edək ki, bir neçə gündür Kurskda fəaliyyət göstərən erməni gənclər təşkilatları mayın 28-də "Şuşanın azad olunmasının 25 illiyi" adı ilə təxribat xarakterli aksiya və konsertin keçirilməsi elanını veriblər, rəsmi icazə aldıqlarını bəyan ediblər. Rusiyada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin müvafiq qurumlarına şikayət ediblər.
Xatırladaq ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub. (apa)
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































