Azərbaycan “Yalquzaq” snayper tüfənginin ixracına başlayır

Azərbaycan “Yalquzaq” snayper tüfənginin ixracına başlayır

Azərbaycan "Yalquzaq" snayper tüfənginin ixracına başlayır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi "Yalquzaq" snayper tüfənginin ixracına başlayır.

Bu barədə KİV-ə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, bir neçə xarici ölkədən "Yalquzaq" tüfəngi üçün böyük həcmli sifarişlər alınıb. Hazırda sifarişlərin icrası istiqamətində işlər gedir.

Y. Camalov silahın Azərbaycanda Sərhəd Qoşunlarına da verildiyini qeyd edib.

Y. Camalov bildirib ki, "Yalquzaq" texniki-taktiki imkanlarına görə öz sinfindəki bir çox tüfəngləri üstələyir. Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan "Yalquzaq" tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb. (apa)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az