Azərbaycan hərbi məhsullarını Türkiyədə nümayiş etdirəcək

Azərbaycan hərbi məhsullarını Türkiyədə nümayiş etdirəcək

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək "İDEF-2017" XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.

Nazirlikdən verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.

Səfər çərçivəsində Yavər Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az