DSX rəisi: "İrəvan daha ağır zərbə ala bilər"

DSX rəisi: "İrəvan daha ağır zərbə ala bilər"

Ermənistan Aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

E.Quliyev qeyd edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə kifayət qədər gücü var:

"Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etməyə hər an hazırdır. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Əgər Ermənistan bu prosesdən yayınsa, biz torpaqlarımızı hərbi yolla azad edəcəyik. Ali Baş komandan cənab İlham Əliyevin dediyi kimi, Ermənistan sülh prosesindən yayınsa, daşı daş üstdə qalmayacaq. Ermənistan Aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az