Azərbaycan-Ermənistan, Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Dövlət Komissiyasının qeydiyyatında olan itkin düşmüş azərbaycanlıların sayı 3868 nəfərdir".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
"Dağlıq Qarabağda girovluqda saxlanılan azərbaycanlıların azad olunması istiqamətində Dövlət Komissiyası sədrinin göstərişi ilə fəaliyyətimizi davam etdiririk. Bizdə olan məlumata görə, erməni girovluğundakı azərbaycanlıların səhhətində müəyyən problemlər var. Bu məsələ Dövlət Komissiyasının əməkdaşlıq etdiyi beynəlxalq təşkilatla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilat da girovluqda saxlanılan azərbaycanlıların səhhəti ilə bağlı məsələnin araşdırılacağı, hətta beynəlxalq həkimlərin dəvət edilərək onların səhhətlərinin monitorinq ediləcəyi barədə məlumat veriblər", - deyə E. Səmədov bildirib.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, Azərbaycan vətəndaşı Elnur Hüseynzadə naməlum şəraitdə ermənilərin əlinə düşüb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir



















.jpg)
.jpg)










.jpg)























