Ararat vilayətində seçkilərdən sonra vəziyyət kəskin dəyişib. Vilayət rəhbəri ilə icma rəhbərlikləri, o cümlədən deputatlığa namizədlər arasında silahlı hesablaşmaların olacağı gözlənilir.
Erməni KİV-lərinə istinadən xəbər verilir ki, vilayəti hökmranlığı altına almağa çalışan və hakimiyyət orqanları tərəfindən himayə edilən Qriqoryan qardaşları (Ararat vilayətinin rəhbəri Aramayis Qriqoryan və deputat Arayik Qriqoryan) seçkidən sonra onlarla işləməyən dövlət rəsmilərindən intiqam alır.
Hələ seçkidən öncə müəyyən siyasi qüvvələr və media orqanları iddia edirdi ki, vilayət rəhbəri Qriqoryan kifayət qədər tez-tez icma rəhbərlərini, xüsusilə Arqam Abrahamayana gizli dəstək olan şəxsləri öz ofisinə çağırır və qardaşı Arayik Qriqoryana dəstək vermələri üçün təhdid edirmiş. (azvision)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































