Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan və İran prezidentlərinin, dövlət rəsmilərinin çoxsaylı görüşləri və qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini, ikitərəfli əməkdaşlığın inkişafına və daha da güclənməsinə xidmət etdiyini bildirib.
Regionda təhlükəsizlik məsələlərinə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat verib.
Ə. Laricani isə öz növbəsində İranın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri müzakirə ediblər.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
























.jpg)


















.jpg)





