"Səngərdə açılan səhər"

"Səngərdə açılan səhər"

Aprelin 7-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində əməkdar jurnalist, "Dünya" Müstəqil Teleradio şirkətinin prezidenti Ramiz Hüseynovun ideya müəllifi olduğu "Səngərdə açılan səhər" sənədli filminin təqdimat mərasimi keçirildi. Öz şərəfli peşəsilə dövlət və dövlətçiliyimizə sədaqətlə xidmət edərək hər dəfə yeniliklərə imza atan Ramiz Hüseynov, bu dəfə də uğurla həyata keçirdiyi böyük bir layihə əzasında ictimai nümayəndələri bir araya gətirdi. Bu layihə ideya müəllifinin vətəninə, torpağına, xalqına və dövlətinə nə qədər bağlı olduğunu, müsəlləh əsgər kimi daim mübariz olaraq Azərbaycan Ordusuna olan münasibətinin təzahürünü bir daha göstərdi. Qeyd edim ki, bu sənədli filmin rejissoru Elşən Qəni, operatoru Kamil Quliyev, kreativ prodüseri Rais Bəhrami, redaktoru Hafiz İmamnəzərlidir.

Tədbirdə ictimaiyyət nümayəndələri, hərbiçilər, jurnalistlər və digər sənət adamları iştirak edirdilər. Tədbirin açılışından əvvəl torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Adından göründüyü kimi film 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığa həsr olunub. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun taktiki manevr qabiliyyəti, qələbə əzmi filmin süjet xəttini təşkil edir. Yaradıcı qrup düşmən tapdağından azad olunan Lələtəpədə, Cocuq Mərcanlı kəndində çəkilişlər aparıb. Eyni zamanda müəllif Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edib, Azərbaycanın haqq işi uğrunda mübarizə yoluna işıq salıb. Təqdimatdan öncə tədbirin aparıcısı, filmin redaktoru Hafiz İmamnəzərli aprel döyüşlərinin hərb tariximizdəki yerindən, Milli Ordumuzun inkişaf yolundan danışıb və hər kəsi filmə baxmağa dəvət etdi. Filmə baxışdan sonra tədbir iştirakçıları filmin müzakirəsinə qoşuldu. Hərbiçi general-leytenant Yaşar Aydəmirov, istefada olan polkovnik Soltan Bəndəliyev, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, aprel döyüşlərində iştirak etmiş hərbiçilər döyüş təəssüratlarını bölüşdülər. Çıxış edənlər bu qələbəni Azərbaycan xalqına çatdıran Azərbaycan əsgəri və Azərbaycan ordusu olduğunu söyləyərək, belə bir vacib olan sənədli filmi ərsəyə gətirdikləri üçün ideya müəllifinə və bütün yaradıcı heyətə təşəkkürlərini bildirdilər.

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az