Ermənistanda parlament seçkilərinə start verildikdən sonra qiymətlər sürətlə bahalaşmağa başlayıb. Ölkənin İstehlakçılar Birliyinin sədri Armen Poqosyanın yerli Tert.am qəzetinə verdiyi müsahibədə bildirilir ki, qiymət artımı bazar tələblərinə uyğun gəlmir və süni xarakter daşıyır. Bahalaşmadan təəccüblənmədiyini deyən qurum sədri bu prosesi sonuncu parlament seçkiləri ilə əlaqələndirib. "Seçkilərə sərf etdikləri maliyyə vəsaitlərini geri qaytarmaq üçün qiymətləri bahalaşdırırlar. Onlar mənfəəti itirməmək prinsipi ilə çalışırlar", - deyə vurğulayan Armen Poqosyan ölkədə hər bir qurumun dolayısı ilə mövcud iqtidara xidmət etdiyini və ya buna məcbur edildiyini bildirib. O, bahalaşma tendensiyasının indən belə də davam edəcəyini söyləyib və Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olduğu müddətcə iqtisadiyyatının inkişaf edə bilməyəcəyini dilə gətirib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir



















.jpg)
.jpg)










.jpg)























