Zakir Həsənov Milli Qəhrəman şəhid Çingiz Qurbanovun 40 mərasimində iştirak edib

Zakir Həsənov Milli Qəhrəman şəhid Çingiz Qurbanovun 40 mərasimində iştirak edib

Bu gün Milli Qəhrəman Çingiz Qurbanov 40 mərasimi keçirilir.

APA-nın verdiyi məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Milli Qəhrəmanın 40 mərasiminə rayonun müxtəlif təşkilat və qurumlarının əməkdaşları qatılıb.

Bu gün həmçinin, Çingiz Qurbanovun haqqında yazılmış "Çingiz dastanı" kitabının təqdimatı olub.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az