Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçu Şahlar Yaşar oğlu Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında dəfn olunub. Bu barədə kəndin İcra nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, dəfn mərasimində Yardımlı Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Ötən il ailə həyatı quran şəhid Ş. Nəzərov Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında son mənzilə yola salınıb.
Qeyd edək ki, şəhid yaşasaydı, yaxın günlərdə ata olacaqdı.
Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayev də doğulduğu kənddə torpağa tapşırılıb.
Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Onun 3 övladı var.
Allah rəhmət eləsin! (azvision)
Mediainfo.az

Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















