Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü, əsgər Xəlilov Xanoğlan İntizam oğlu Şəmkir rayonun Şeidlər kənd qəbiristanlığında dəfn edilib.
Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid X.Xəlilovun məzarı üstünə əklil və qərənfillər qoyulub.
Qeyd edək ki, ailənin kiçik övladı olan X.Xəlilov 2016-ci ilin yanvar ayından Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsədə həqiqi hərbi xidmətdə olub. Onun hərbi xidməti başa vurmasına isə 5 ay qalıbmış.
Allah rəhmət etsin!
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















