Rusiyada Türkiyə hərbçilərinə abidə qoyulacaq

Rusiyada Türkiyə hərbçilərinə abidə qoyulacaq

Türkiyə Böyük Millət Məclisi Rusiya ərazisində dəfn edilən türk əsgərlərinin xatirəsinə abidə qoyulması haqqında hökumətlərarası razılaşmanı təsdiqləyib.

"Report" xəbər verir ki, Rusiyanın Krasnoyarsk diyarında I Dünya müharibəsində itkin düşmüş Türkiyə hərbçilərinin dəfn edildiyi yerdə memorial tikiləcək.

Məlumata görə, Rusiyanın Vladivostok, Petrovsk və Kirov şəhərlərində dəfn edilən Türkiyə əsgərlərinin pasportlaşdırılmasının aparılması və onların hər birində abidənin ucaldılması planlaşdırılır.

Qeyd edək ki, uyğun sənəd Türkiyə və Rusiya xarici işlər nazirlərinin 2012-ci il dekabrın 3-də iki ölkənin Ali Əməkdaşlıq Şurasının III iclasında imzalanıb.

Rusiya bu sənədi 2013-cü il dekabrın 11-də təsdiqləyib.

Razılaşma Türkiyə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az