Şəhidimiz böyük izdihamla dəfn edildi - Fotolar

Şəhidimiz böyük izdihamla dəfn edildi - Fotolar

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Azərtac xəbər verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.

Şəhidin nəşi torpağa tapşırıldıqdan sonra məzarı üzərinə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Çingiz Qurbanovun xidmət etdiyi hərbi hissəyə təqdim olunub.

Şəhidimizin dəfnində böyük izdiham -   Fotolar
Şəhidimizin dəfnində böyük izdiham -   Fotolar
Şəhidimizin dəfnində böyük izdiham -   Fotolar

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az