Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə əlaqədar Qazax Hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə apa-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ibtidai araşdırma zamanı mərhum Xanəli Fəttayevin meyitinin xarici və daxili müayinəsi keçirilib, məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin edilib: "Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir, iş üzrə qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".
Qeyd olunub ki, cinayət işinin istintaqının aparılması Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin xüsusi nəzarətindədir.
mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















