"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir."
Bu barədə apa-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər: "Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra Movses Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi deyəsən bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.
Lakin Movses Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















