"Son günlər Ermənistan ordusunda itkilərin sayının artması erməni cəmiyyətində böyük əks-səda doğurub. Sosial şəbəkələrdə yazan ermənilər vahiməyə düşdüklərini gizlətmir, erməni rəhbərliyini günahlandırmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, yanvar ayının əvvəlindən bu günədək məhv edilən erməni hərbi qulluqçularının sayı artıq 5 nəfəri keçib, xeyli yaralıları var".
Bu sözləri apa-ya açıqlamasında ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib. O bildirib ki, düşmən təxribatlarına və Azərbaycan ordusunun mövqelərinin atəşə tutulmasına qətiyyətlə və dərhal cavab verilir: "Şəhidimizin qisasının qısa zamanda, hətta artıqlaması ilə alınmasına hamımız şahid olduq. Çünki biz dəfələrlə xəbərdarlıq etmişik ki, əgər işğala son qoyulmazsa və təxribatlar davam etdirilərsə, düşmənə cavab daha sarsıdıcı olacaq. Erməni tərəfi itkilərinin sayının azalmasını istəyirsə, bu cür əməllərinə son qoymalıdır. Artıq hər kəs əmindir ki, Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməməkdə qətiyyətlidir. Bunu nəhayət, ermənilər də anlasalar, onlarının mənasız itkiləri də olmaz".
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

