İran ordusu irimiqyaslı təlimlərə başladı

İran ordusu irimiqyaslı təlimlərə başladı

İranın cənubunda "Səma müdafiəçiləri-Vilayət-2" adlı irimiqyaslı hərbi təlimlər başlayıb.

"Report" xəbər verir ki, bunu ölkənin "Xatəmül-Ənbiya" Hava Hücumundan Müdafiə Qərargahının rəisi general-leytenant Fərzad İsmaili bildirib.

Onun sözlərinə görə, təlim 496 kv km ərazidə 5 gün davam edəcək: "Hərbi təlimlər İranın Oman dənizi və körfəzdəki 3 adasındakı hava və su sərhədlərini əhatə edəcək".

F.İsmaili deyib ki, təlimlərdə İnqilab Keşikçiləri Qvardiyasının Hava Hücumundan Müdafiə bölmələri, dəniz donanmasının əməliyyata nəzarət hərbi hissələri, artilleriya və müşahidə tağımları iştirak edəcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az