2015-ci ilin dekabrın 6-da Tərtərdə düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan baş leytenant Mollayev Abdulla Molla oğlu medalı ailəsinə təqdim edilib.
Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü şəhidin medalı Qaxda 2 yaşlı oğluna verilib. Medalın təqdim olunması ilə bağlı keçirilən tədbirə şəhidin ailə üzvləri, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
Mərasim iştirakçıları əvvəlcə Qax şəhər şəhidlər xiyabanında Abdulla Mollayevin qəbrini ziyarət ediblər, sonra mərasim iştirakçıları şəhidin il mərasiminə qatılıblar. Mərasimdə çıxış edən Abdulla Qurbanı və digər natiqlər Abdulla Mollayevin hərbi xidmətdə göstərdiyi şücaətlərdən danışıblar. Müdafiə naziri Zakir Həsənovun əmri ilə Abdulla Mollayevin təltif edildiyi "Hərbi Xidmətdə Fərqlənməyə" görə 3 dərəcəli medalı onun iki yaşlı oğlu Rəvana təqdim olunub.



Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















