Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, Qarabağ veteranlarına hər zaman qayğı göstərir...
Dövlət tərəfindən onların bütün ehtiyacları qarşılanır. Bu gün onların mənzillə təmin olunması, müavinətlərin verilməsi məhz prezidentin işindəki prioritetlərdən biridir. Amma əfsus ki, bəzi məmurlar müharibədən zərər çəkmiş insanlara qarşı laqeydlik nümayiş etdirir.
Ağdaşın Qaraoğlan kənd sakini, iki ayağını Qarabağ döyüşlərində itirmiş Təhməz Həbibov da eyni biganəlik, ögeyliklə üzləşib.
T.Həbibovun hazırda yaşamağa evi yoxdur. Üstəlik rüşvət verməyə pulu olmadığı üçün onun övladlarını işə götürən də yoxdur. T.Həbibov yaşamağa tam yararsız olan və iki otaqlı kiçik daxmada dörd nəfərlik ailə üzvü ilə bərabər yaşayır.
Həmin evdə onun qardaşının ailəsi də yaşayır. Çarəsizlikdən mənzil üçün bütün qurumlara müraciət edən qaziyə "Növbədəsən" cavabı verilir. Bu "növbə" isə gəlib çatmır ki, çatmır.
Bu yaxınlarda onun əzilən barmağının müalicəsi üçün pulu olmadığından dibindən kəsiblər.
Qarabağ qazisinin həyat yoldaşı Həbibova Seylan yoldaşının evin uçuq pilləkənlərindən dəfələrlə yıxıldığını bildirib:"Yıxılanda kömək üçün heç birimizi çağırmır, utanır kimisə çağırmağa".
Təhməz Həbibovun vəziyyəti ilə heç bir dövlət qurumu maraqlanmayıb. Bu yaxınlarda T. Həbibov əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüb, görüşdən çox ümidlə ayrılıb.
Ancaq bundan sonra da onun ailəsi ilə maraqlanan olmayıb. İki övladının hər ikisi də hərbi xidməti başa vurub gəlsələr də, işləməyə bir yer tapa bilmədiyi üçün evdə oturublar. Bütün ailənin tək dolanışıq mənbəyi onun pensiyasıdır.
Bu yaxınlarda T.Həbibov qonşu Pirəzə kəndində yerləşən Melorasiya və Su Təsərrüfatı İdarəsinə övladlarının birini işlə təmin etmələri üçün müraciət edib.
İş yerlərinin olmadığını deyib onu başından edən müəsisə rəhbərliyinin sonradan bir neçə adamdan pul alaraq işə götürdüyünü eşidəndə isə çox pis olub. (politika.az)
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































