Artıq bir neçə gündür müzakirə olunan şəhid ailəsinin "Unibank"a olan borc məsələsi öz həllini tapıb
Unibankdan modern.az-a verilən məlumata görə, bank rəhbərliyi müştəri Baxşəliyeva Çimnaz Əsgər qızının kredit borcunun bağışlanmasına qərar verib. Müştəri Çimnaz Baxşəliyeva aprel döyüşlərində şəhid olan Rəşid Baxşəliyevin anasıdır.
"Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq, Unibank şəhidin anasının borcunun silinməsini özünün mənəvi borcu bilir. Eyni zamanda bu məsələni gündəmə gətirdiyi üçün bank mövzunu işıqlandıran Kütləvi İnformasiya Vasitələrinə təşəkkürünü bildirir",-deyə açıqlamada bildirilib.
Məsələ ilə bağlı şəhid anası Çimnaz Baxşəliyeva açıqlama verib. O, bank tərəfindən borcun silindiyini təsdiq edib:
"Eşitdim ki, prodüser Tarix Əliyev (Tolik) bizim borcu bağlamaq istəyib, amma bankdan buna razı olmayıblar. Bu gün səhər bizi banka çağırmışdılar. Bank rəsmiləri borcu bağlayaraq akt yazdılar".
Ç.Baxşəliyeva kütləvi informasiya vasitələrinin əməkdaşlarına mövzunu diqqətdə saxladıqlarına görə təşəkkür edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















