Zakir Həsənov səhra şəraitində müşavirə keçirib

Zakir Həsənov səhra şəraitində müşavirə keçirib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub.

Müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az