Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak Kadet Məktəbində Rusiya İmperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, imperiyanın süvari qvardiya korpusuna komandanlıq etmiş Hüseyn xan Naxçıvanskiyə büstün qoyulması Ümumrusiya Azərbaycan Konqresinin Tambov regional bölməsinin rəhbəri Rəhim Hüseynovun təşəbbüsüdür. Açılış mərasimində çıxış edən diaspor rəhbəri Hüseyn xanın xidmətlərindən və Azərbaycan-rus xalqlarının dostluğundan bəhs edib. Tambov Kazak Cəmiyyətinin atamanı Vladimir Veklenko isə Hüseyn xan Naxçıvanskinin tarixə şərəfli cəngavər kimi düşdüyünü vurğulayıb.
Tədbirdə Rusiya Federal Mərkəzi Dairəsi üzrə prezidentin rəsmi nümayəndəsi Aleksandr Beqlovun təbrik məktubu oxunub. Açılış mərasimindən sonra əksəriyyəti Rusiyanın müxtəlif güc strurkturlarının və inzibati instansiyalarının rəsmiləri olan Tambov vilayətinin kazakları konfrans keçirib. Konfransda ÜAK-ın nümayəndəsi Anar Həsənov Naxçıvan xanlığı və Naxçıvanskilər sülaləsi haqqında çıxış edib. O qeyd edib ki, Hüseyn xan Naxçıvan xanlığına hakimlik etmiş Naxçıvanskilər sülaləsinin nümayəndəsi olub. 1828-ci ildə Rusiyanın tərkibinə keçdikdən sonra imperiyaya xidmət edən Hüseyn xan rus-yapon müharibəsində şücaət göstərdiyinə görə 4-cü dərəcəli "Georgi xaçı" ilə təltif edilib. Birinci dünya müharibəsində isə Brusilov əməliyyatında göstərdiyi şücaətə görə 3-cü dərəcəli "Georgi xaçı" ordeninə layiq görülüb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































