Zaqatalada aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verilib

Zaqatalada aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verilib

Zaqatalada aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsi üçün yeni fərdi yaşayış evi inşa edilib.

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək şahid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Zaqatala rayonunun Muxax kənd sakini Rəvan Nurayevin ailəsinə yeni inşa edilmiş fərdi yaşayış evinin açarları təqdim olunub. Bu münasibətə keçirilən mərasimdə Zaqatala rayon İH başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, Muxax kənd sakinləri iştirak edib.

Rayon büdcəsi və daxili imkanlar hesabına inşa edilən, ümumi sahəsi 95 kv/m olan 3 otaqlı ev hər cür şəraitlə təmin edilib. Evdə şəhidin xatirəsinə ayrıca guşə də yaradılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az