Qazaxıstan prezidenti Ermənistanı boykot elədi

Qazaxıstan prezidenti Ermənistanı boykot elədi
“Ermənistan Qazaxıstanın maraq dairəsində olan ölkələr sırasında deyil”

Azərbaycana, eləcə də Türk dünyasına simpatiyası ilə seçilən Qazaxıstan prezidenti Nursultan Nazarbayev növbəti dəfə Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. O, Kollektiv Təhlükəsizlik Şurasının İrəvan zirvə görüşündə iştirak etməkdən imtina edib. Ermənistanın Tert.am xəbər saytının tanınmış qazax politoloqu Aydos Sarımın müsahibəsinə istinadən yaydığı məlumata görə, İrəvan Astana üçün tərəfdaş sayılmadığı üçün Qazaxıstan prezidenti bu ölkəyə vacib səfərini təxirə salıb. "Nursultan Nazarbayev bilərəkdən xəstə olduğunu bildirərək İrəvan səfərinə yollanmayıb. Bu addımın dərin və əsaslı səbəbləri var. Qazaxıstanın Qarabağ məsələsinin həllində mövqeyi bəllidir, bu mövqe Ermənistanınkından kəskin fərqlənir. Bizim ölkənin Azərbaycan və Türkiyə qarşısında dəyişməz öhdəlikləri var", - deyə Ermənistan mediasına açıqlama verən qazax politoloq məsələnin iqtisadi tərəfinə də toxunub: "Ermənistanla ticarət dövriyyəsi o qədər aşağıdır və perspektivsizdir ki, Qazaxıstan rəhbərliyi Ermənistan səfəri olmadan da öz iqtisadiyyatını inkişaf etdirəcəyinə əmindir. Ermənistan Qazaxıstanın maraq dairəsində olan ölkələr sırasında deyil. Odur ki, bu səfərin təxirə salınmasına görə narahat olmağa dəyməz. Ermənistan Qazaxıstana, onun biznesinə heç nə təklif etmək iqtidarında deyil. Ermənistan iqtisadiyyatına maliyyə yatırımı da etibarlı sayıla bilməz, çünki bu ölkə müharibə şəraitində yaşayır".

Xatırladaq ki, bu gün İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Şurasının zirvə toplantısı keçiriləcək. Tədbirdə Qazaxıstanı baş nazir Bakıtcan Saqintayev təmsil edəcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az